Qırğızıstanın eks-prezidenti BMT-də Əfqanıstan üzrə xüsusi nümayəndə olacaq

Qırğızıstanın eks-prezidenti Roza Otunbayeva BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri postlarını tutacaq.

Azpost.info xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Roza Otunbayevanın liderlik, diplomatiya və beynəlxalq əməkdaşlıq sahəsində 35 ildən artıq peşəkar təcrübəsi var”, – məlumatda deyilir.

72 yaşlı Otunbayeva BMT-nin xüsusi nümayəndəsi vəzifəsində kanadalı Debora Lyonsu əvəzləyəcək.

Otunbayeva 2010-2011-ci illərdə aprel inqilabından sonra Qırğızıstanın keçid dövrünün prezidenti, eyni zamanda müvəqqəti hökumətin Baş naziri olub. Bundan başqa, 1990-cı illərdən ABŞ və Kanadada səfir, xarici işlər naziri və Böyük Britaniyada səfir vəzifələrində çalışıb.

Azpost.info

 

Əvvəlki məqalə

Uşaqlara işgəncə verən şəxslərin kimliyi müəyyən olunub –

Sonrakı məqalə

Türkiyənin “F-16” qırıcı təyyarələri Azərbaycana gəldi –