Qırmızı Körpü gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb.
Bildirilib ki, gömrük-sərhəd keçid məntəqəsindən istifadə edən bütün şəxslər koronavirus təhlükəsi ilə əlaqədar yoxlanılır, yüksək bədən temperaturu müşahidə edilən vətəndaşlara isə Gürcüstan ərazisinə daxil olmağa icazə verilmir.
Gömrük-sərhəd keçid məntəqəsindən iki İran vətəndaşının isə ölkəyə buraxılmadığı bildirilir. (APA)