“Qırmızı xətti keçməyin!” –İranın səfiri İsrail səfirinin Təbrizlə bağlı fotosuna cavab verdi (FOTO)

İsrailin Azərbaycandakı səfirinin oxuduğu “Təbrizin sehirli nağılları” kitabı ilə paylaşdığı foto və Təbrizin Azərbaycan tarixi və mədəniyyətində yeri barədə yazdıqlarına İranın Azərbaycandakı səfiri tərəfindən cavab tviti atıb.

Azpost.info bildirir ki, İran səfiri Abbas Müsəvi İsrail səfirini “macəraçı oğlan” adlandırıb: “Bu macəraçı oğlanın nəzərinə: Bizim sevimli Təbriz şəhəri İranda ilklərə imza atan yer kimi tanınır. Görünür, ilk şər qüvvəni də  Təbrizin qeyrətli camaatı dəfn edəcək. Heç vaxt qırmızı xətləri keçməyin! Heç vaxt!”-deyə səfir yazıb.

 

Əvvəlki məqalə

İyun ayında 124 min nəfər sosial müavinət alıb –

Sonrakı məqalə

Dənizdə batan iki bacıdan digərinin də meyiti tapıldı –