Qiyam cəhdindən sonra “Vaqner” simvollu mallara maraq kəskin artıb- Qiymətləri bahalaşıb

Yevgeni Priqojinin qiyam cəhdindən sonra Rusiyada “Vaqner”in simvolları olan malların qiymətləri kəskin artıb.

Azpost.info xəbər verir ki, qiyamdan əvvəl 220 rubla başa gələn “Vaqner” şevronunun qiyməti 455 rubla yüksəlib.

Muzdlu dəstənin bayrağı 671 rubldan 924 rubla qədər bahalaşıb. Emblemli papaq 475 rubldan 632 rubla qalxıb.

Bütün məhsullar alıcılar tərəfindən beş ulduz səviyyəsində qiymətləndirilir.

“Ozon” saytında və “Yandex.Market”də də “Vaqner”lə əlaqəli məhsullara maraq yüksəkdir. Bu məhsullar “həftənin hitləri”nə və “məşhur təkliflər” kateqoriyasına düşüb.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynalılar böyük tərifə layiqdirlər”

Sonrakı məqalə

AZAL Bakı-Naxçıvan reyslərinin sayını artırıb