Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Qız şagirdlərin idman festivalı” layihəsinin bağlanış tədbiri keçirilib

User 04 Aprel 2026 - 08:30 (Last updated: 04 Aprel 2026 - 12:59)
qht

Quba rayonunda həyata keçirilən “Pink Power Fest – qız şagirdlərin idman festivalı” qrant layihəsinin bağlanış tədbiri təşkil olunub. Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə keçirilən tədbirdə layihə rəhbəri, layihənin ekspert və hakimləri, Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı, yarışların təşkil olunduğu ümumtəhsil məktəblərinin direktorları, həmçinin yarışlarda iştirak edən ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri iştirak edib.

Öncə layihə çərçivəsində keçirilən tədbirlərdən hazırlanmış qısa video icmal iştirakçılara təqdim edilib.
Tədbirdə çıxış edən layihə rəhbəri Kamran Əlimərdanov 3 ay müddətində icra olunan layihənin əhəmiyyətindən danışıb, bu uğurlu layihənin icrasına dəstək verən şəxslərə və aidiyyatı qurumlara təşkkürünü bildirib.
Layihənin eksperti Ramin Mahmudov çıxışında əldə olunan nailiyyətlərdən danışıb, qız şagirdlər arasında sağlam həyat tərzinin təbliğində bu kimi layihələrinin davamlı təşkilinin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Nərmin Bilalova öz çıxışında bu kimi layihələrin şagirdlərin asudə vaxtının səmərəli təşkil olunmasına xidmət etdiyini bildirib, təhsilverənlərin bu kimi müsabiqələrdə ideyaları ilə çıxış etmələrini tövsiyyə edib.

QHT.az xəbər verir ki, digər çıxış edənlər, Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin direktoru Sevil Allahverdiyeva, Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arzu Hüseynova, Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru Könül Həsənova, Qaraçay qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru Fəridə Dostuyeva-Kərimli, şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Lalə Bədəlova, Fizika-Riyaziyyat, İnformatika Təmayüllü liseyin müəllimi Ziya Rüstəmov, Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimi Şamil Piriyev, Səbətlər kənd tam orta ümumtəhsil məktəbinin müəllimi İlqar Cümşüdov, şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi İlqar Hüseynov çıxışlarında layihə rəhbərinə belə vacib ideyasını gerçəkləşdirdiyinə görə təşəkkür edib, layihənin uğurla başa çatması münasibətilə onu təbrik edib, bu layihə nəticəsində məktəblərində qız şagirdlərin idmana olan marağının artdığını qeyd ediblər. Çıxış edənlər əlavə edib ki, davamlı olaraq öz təşəbbüsləri ilə bu kimi tədbirləri təhsil müəssisələrində də təşkil edəcəklər.
Tədbirin sonunda layihədə iştirak edən bütün ümumtəhsil müəssisələrinin rəhbər və fiziki tərbiyə müəllimləri təşəkkürnamələrlə təltif olunub.
Qeyd edək ki, “Pink Power Fest” layihəsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən Quba rayonunun müxtəlif məktəblərində icra olunub. Əsas məqsədi qız şagirdlər arasında sağlam həyat tərzinin təbliği və onların idmana cəlb edilməsinin təşviqi olan layihə çərçivəsində qız şagirdlərin iştirakı ilə basketbol, futzal, voleybol və şən startlar turnirləri keçirilib. Ümumilikdə layihəyə 20 ümumtəhsil məktəbində təhsil alan 196 nəfər qız şagird cəlb olunub.

Zəhra Ağayeva

AzPost.az

Post navigation

Previous: ABŞ-da 13 yaşında itikin düşən qız 32 ildən sonra tapıldı –
Next: İlham Əliyev Pezeşkianın açıqlamasına münasibət bildirdi –

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.