Qlobal istilərə görə bu ölkələr yoxa çıxacaq

12 Avqust 2021 - 09:20
Coastal areas in New England are bracing for the high tide that is scheduled to be at it's highest as seen in Scituate, Massachusetts before receding to lower tide until night fall on March 2, 2018. High winds, rain and flooding is taking place in Scituate and the surrounding coastal areas of Massachusetts as a storm known as a 'bomb cyclone' makes it way past the East Coast. / AFP PHOTO / RYAN MCBRIDE (Photo credit should read RYAN MCBRIDE/AFP/Getty Images)

Qlobal istiləşmə nəticəsində Sakit okeandakı bəzi ada dövlətləri yaşamaq üçün yararsız hala gələcək.

Bu barədə “The Guardian” məlumat yayıb.

Bu ərazilər uzun müddətdir ki, güclü dəniz qabarmalarından, uzun müddət davam edən quraqlıqlardan və güclü siklonlardan mənfi təsirlənib. Həmçinin bu ölkələrdə qurunt suların şoranlaşması müşahidə olunur ki, bu da əkinçiliyə ziyan vurur.

Digər bir əlverişsiz amil Dünya Okeanının səviyyəsinin yüksəlməsidir, buna görə bir çox adalar tədricən su altında qalır. Qeyd olunur ki, bu cür təbii hadisələr getdikcə daha çox qlobal istiləşmə fonunda baş verəcək.

Xüsusən Kiribati, Vanuatu və Solomon Adaları kimi yerlərin yaşamaq üçün əlverişsiz hala gələcəyi vurğulanıb.