Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Qlobal neft ehtiyatları rekord həcmdə azalıb

User 06 May 2026 - 19:20 (Last updated: 06 May 2026 - 18:21)
neft cellek

Dünyada neft ehtiyatları apreldə İran ətrafındakı münaqişə fonunda təklifin azalması səbəbindən 200 milyon barel azalıb. Bu, COVID-19 pandemiyasından bəri qeydə alınan ən böyük göstərici olub. Bu barədə “Financial Times” “S&P Global Energy” analitika şirkətinin məlumatlarına istinadən yazıb.

Məlumata görə, gündəlik tələbatın təxminən 5 milyon barel azalmasına baxmayaraq, apreldə qlobal neft ehtiyatları kəskin şəkildə azalıb. “Bu, adi göstəricidən qat-qat yüksək olan nəhəng rəqəmdir”, — deyə şirkətin neft araşdırmaları şöbəsinin rəhbəri Cim Burkhard bildirib. O qeyd edib ki, normal şəraitdə dünya ehtiyatları ay ərzində bir neçə yüz min ilə 1 milyon barel arasında dəyişir.

Burkhardın sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən qlobal bazar 1 mlrd barel neft itirib və təklifin azalması yanacağa tələbatın düşməsindən daha sürətli baş verir. O bildirib ki, hazırda dünya üzrə neft ehtiyatları təxminən 4 milyon barel təşkil edir, lakin onların böyük hissəsi neft emalı zavodları və boru kəmərlərinin fəaliyyətini təmin etmək üçün istifadə olunur.

Bundan əvvəl dünyanın ən iri investisiya banklarından biri olan “Goldman Sachs” bildirmişdi ki, Hörmüz boğazı vasitəsilə tədarüklərin məhdudlaşdırılması səbəbindən dünya üzrə hasil edilmiş neft ehtiyatları son səkkiz ilin minimum səviyyəsinə yaxınlaşır. Bankın qiymətləndirməsinə görə, qlobal neft ehtiyatları mövcud istehlak səviyyəsi ilə cəmi 101 gün kifayət edəcək və bu göstərici mayın sonuna qədər 98 günə düşə bilər.

AzPost.az

Post navigation

Previous: Gecə tez və dərin yatmaq üçün bu vərdişləri edin
Next: CNN telekanalının qurucusu Ted Terner vəfat edib

Oxşar xəbərlər

trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.