“Qoca və təhlükəli…”- Hindistan XİN rəhbəri Sorosa etiraz etdi

“Qoca, zəngin, özündən əmin və təhlükəli…”.

Azpost.info xəbər verir ki, bu sözləri Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Corc Soros haqqında deyib.

O, Sorosu Hindistanla bağlı şərhlərindən sonra belə dəyərləndirib.

Soros Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Hindistanın Baş naziri Narendra Modini tənqid edərək bildirib ki, Hindistan demokratik ölkədir, lakin Modi demokrat deyil.

Cayşankar isə deyir ki, ölkənin necə idarə olunmasına Hindistan xalqı özü qərar verir: “Biz müstəmləkəçilikdən xilas olmuş bir ölkəyik. Kənardan müdaxilə olduqda baş verəcəklərin təhlükəsini bilirik”.

XİN rəhbəri həmçinin demokratik dünyanın demokratiya ilə bağlı debata ehtiyacı olduğunu da qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan-Türkiyə-İraq Kürdüstan Regionu üçtərəfli əməkdaşlıq mexanizmi yaradıla bilər

Sonrakı məqalə

Prezident İlham Əliyev İraq Kürdüstan Hökumətinin başçısı ilə görüşüb –