Qocalmanı ləngidən sadə üsul –Yeni elmi araşdırma

Qocalmanı ləngidən sadə üsul tapılıb. 

Azpost.info bildirir ki, araşdırmalar göstərir ki, bunun üçün mütəmadi olaraq sürətli addımlarla gəzmək lazımdır.

Böyük Britaniyanın Leicester Universitetinin alimlərinin əvvəlki araşdırmaları göstərib ki, yerimə sürəti insan sağlamlığının vəziyyətini kifayət qədər dəqiq əks etdirir. Gündə cəmi on dəqiqəlik intensiv gəzinti ömrün müddətini artırır. Nəzəri olaraq sürətli yeriyən insanlar yavaş-yavaş gəzənlərdən 20 il daha çox yaşaya bilirlər.

Həmin qrup alimləri  yerimə sürəti ilə leykosit telomer uzunluğunun necə əlaqəli olduğunu öyrənmək üçün yeni araşdırma aparıblar.  Telomerlər xromosomları zədələnmədən qoruyan uclardır. Hər hüceyrə bölünməsi ilə telomerlər o qədər qısalır ki, hüceyrə artıq bölünə bilmir. Bu proses “replikativ qocalma” adlanır.

Telomerlər nə qədər qısadırsa, hüceyrə bölünməsi dövrləri daha çox keçir, huceyrələr o qədər qoca olur. Qocalmış huceyrlər çoxaldıqca yaşla bağlı xroniki xəstəliklərin riski bir o qədər yüksək olur.

Alimlər hesab edirlər ki, leykositlərin telomerləri (ağ qan hüceyrələri) insan orqanizminin bioloji yaşını çox dəqiq göstərir.

Tədqiqatçılar təxminən 406.000 orta yaşlı britaniyalının genetik məlumatlarını onların yerimə sürəti ilə bağlı məlumatları müqayisə ediblər. Bu məlumat həm iştirakçıların özləri tərəfindən verilib, həm də biləklərinə taxdıqları fitnes qolbaqları vasitəsilə toplanıb.

Məlum olub ki, fiziki fəaliyyətin ümumi miqdarından asılı olmayaraq, enerjili yeriməyə öyrəşmiş insanlarda leykosit telomerləri adətən yavaş yeriyənlərə nisbətən nəzərəçarpacaq dərəcədə uzun olur. Tədqiqatçıların fikrincə, bütün həyatı boyu yüksək sürətlə hərəkət edən insanlar bioloji nöqteyi-nəzərdən “ləng yeriyənlərdən” 16 yaş “kiçikdirlər”.

Alimlər sürətli yeriməyin xroniki xəstəliklər riskinə necə təsir etdiyini hələ dəqiq öyrənməsələr də, bu sadə və sərfəli üsuldan hər kəsin sağlamlığını yaxşılaşdırmaq üçün istifadə edə biləcəyinə inanırlar.

Azpost.info

Əvvəlki məqalə

Yaponiya Ukraynanın bərpasına kömək edəcək

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri