“Ermənistan-ABŞ hərbi təlimləri regionda baş verən son hadisələrlə əlaqəsi olmayan adi təlimlərdir”.
Azpost.info bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.
O, Moskvanın təlimə reaksiyasını da şərh edib: “Rusiyanın son illər qonşularının ərazisinə təcavüz etdiyini nəzərə alsaq Moskva region ölkələrinə təhlükəsizlik tədbirləri ilə bağlı mühazirə oxumaqdan çəkinməlidir”.
Onun sözlərinə görə, ABŞ 2003-cü ildən Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq edir. O, son təlimləri “heç bir başqa hadisələrlə əlaqəsi olmayan adi təlimlər” adlandırıb.
Qeyd edək ki, 10 gün davam edəcək “Qartal tərəfdaşlığı” təlimində 85 amerikalı və 175 erməni əsgəri iştirak edir. Təlimin məqsədi Ermənistan hərbçilərini beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlamaqdır.
Təlimlər İrəvan yaxınlığındakı iki təlim meydanında keçirilir.
Azpost.info