İki gündür buynuzlarına və pirsinqinə görə, Azərbaycanda böyük diqqət qazanan alman turisti Rolf Buxolz APA TV-yə müsahibə verib. Azpost.info bildirir ki, komputer mütəxəssisi  olan Rolf Bakını çox bəyəndiyini deyib. O bildirib ki, insanlar ona yaxınlaşır və şəkil çəkdirirlər.  “Mən satanist deyiləm və şeytana da inanmıram”-deyə əcnəbi bildirib. Azərbaycan mətbəxini çox bəyəndiyini deyən turist dolmanın xoşuna gəldiyini açıqlayıb. Qeyd edib ki, pirsinqlərinin sayına görə, “Ginnesin Rekordlar Kitabına” düşüb. https://www.youtube.com/watch?v=ud1ACiDPc2s&feature=share&fbclid=IwAR0tpMWScGQdi9WVy5nUSqUi1cZopH6YibwIGCRDaXpOO_pK4Z44u1gYUks