Qorxunc görünüşlü “buynuzlu turist” Azərbaycanı bəyənib:

“Dolmanı çox sevdim...” (VİDEO)
05 Oktyabr 2019 - 23:10

İki gündür buynuzlarına və pirsinqinə görə, Azərbaycanda böyük diqqət qazanan alman turisti Rolf Buxolz APA TV-yə müsahibə verib.

Azpost.info bildirir ki, komputer mütəxəssisi  olan Rolf Bakını çox bəyəndiyini deyib. O bildirib ki, insanlar ona yaxınlaşır və şəkil çəkdirirlər.  “Mən satanist deyiləm və şeytana da inanmıram”-deyə əcnəbi bildirib.

Azərbaycan mətbəxini çox bəyəndiyini deyən turist dolmanın xoşuna gəldiyini açıqlayıb.

Qeyd edib ki, pirsinqlərinin sayına görə, “Ginnesin Rekordlar Kitabına” düşüb.