Qubada 3 yaşayış evini ildırım vurub

Bu gün günorta saatlarında Quba rayonu ərazisində şimşəklə müşahidə olunan güclü leysan yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun bəzi dağlıq ərazilərinə dolu düşüb.

Quba Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Alpan kəndində 3 vətəndaşa məxsus yaşayış evinin yardımçı tikilisinə şimşək düşüb, bir yaşayış evini isə su basıb.

Rayonun Digah kəndində daha bir yaşayış evini su basıb. 

Dəyən ziyanın hesablanması və aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cəlal İsayev:

Sonrakı məqalə

Sərtləşdirilmiş xüsusi karantin rejimində kənd təsərrüfatı məhsullarının daşınması qaydası