Qubada dəhşətli qəzanın səbəbi və ölənlərin kimliyi məlum olub

25 Avqust 2021 - 18:34

Bu gün səhər saatlarında Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində baş vermiş qəzanın səbəbləri və qəzada ölənlərin şəxsiyyəti müəyyən olunub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalara görə, Quba şəhər sakini Nəriman Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan iti vurub.

Sürücünün idarəetməni itirməsi səbəbindən avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə maşında olan sürücü və sərnişinlər – Quba şəhər sakini Məmmədhəsən Əkbərov, Gəncə şəhəri Kəpəz rayon sakinləri Şəfa Qasımova, Kəmalə Cəfərova və Şəmkir rayon sakini Larisa Həsənova ölüb.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.