Qubada maşın ağaca çırpılıb, 5 nəfər ölüb

25 Avqust 2021 - 10:10

Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin saytının xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son məlumata görə, Quba rayonunun Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Qəzada ölən şəxslərin meyiti morqa aparılıb.

Onların kimliyi dəqiqləşdirilir.