Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qubada şagird qızlar arasında voleybol turniri keçirilib

User 09 Fevral 2026 - 09:00 (Last updated: 09 Fevral 2026 - 23:28)
quba

“Pink Pover Fest-qız şagirdlərin idman festivalı” qrant layihəsi çərçivəsində voleybol turniri keçirilib.

Turnirdə Quba rayonunun 8 ümumtəhsil məktəbinin VII-IX siniflərində təhsil alan 64 nəfər qız şagird cəlb edilmişdir. Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin idman zalında təşkil olunan turnirin ¼ final mərhələsində Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin komandası Quba rayonu İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta ümumtəhsil məktəbinin komandasına 2-0 (25-13; 25-12), Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin komandası Quba rayonu Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta ümumtəhsil məktəbinin komandasına 2-0 (25-20; 25-10), Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin komandası Quba rayonu Qaraçay qəsəbə tam orta ümumtəhsil məktəbinin komandasın 2-0 (25-16; 25-14)və Quba rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin komandası Quba rayonu İqriq kənd tam orta ümumtəhsil məktəbinin komandasına 2-0 (25-9; 25-16) hesabı ilə qalib gələrək ½ final mərhələsinə vəsiqə əldə edib.

Yarışın reqlamentinə əsasən ½ final mərhələsində Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbi Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin komandasına 2-0 (25-17; 25-16), Quba rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin komandası isə Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin voleybolçularına 2-1 (25-16; 22-25; 15-10) qalib gələrək finala vəsiqə qazanıb.

Final oyununda Quba rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin komandası Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin voleybolçularını 2-0 (28-26; 25-12) məğlub edərək turnirin qalibi adını qazanıb.

Bürünc mükafat uğrunda qarşılaşmada isə Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin komandası Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin komandasına 2-0 (25-11; 25-19) qalib gələrək turniri üçüncü yerdə başa vurub.
Yekunda qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, “Pink Pover Fest” qrant layihəsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən Quba rayonunun müxtəlif məktəblərində icra olunur. Layihənin əsas məqsədi qız şagirdlər arasında sağlam həyat tərzinin təbliği, qız şagirdlərin idmana cəlb edilməsinin təşviq edilməsinə dəstək göstərməkdir.

Fotolar

AzPost.az

Post navigation

Previous: ABŞ-ın vitse-prezidenti Vensin Azərbaycana səfər tarixi açıqlanıb
Next: Saxta pulu necə bilmək olur?

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 16 Noyabr 2026 - 13:31
pensiya esas
  • Sosial

Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir

User 16 Noyabr 2026 - 10:37
DIN
  • Sosial

İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama

User 16 Noyabr 2026 - 10:17

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 16 Noyabr 2026 - 13:31
Noyabrın 17-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən verilən...
Read more about Sabaha olan hava proqnozu
Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar? MANAT MAAS
  • Baş Yazı

Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?

User 16 Noyabr 2026 - 10:52
Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir pensiya esas
  • Sosial

Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir

User 16 Noyabr 2026 - 10:37
Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək? sosial paket
  • Baş Yazı

Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək?

User 16 Noyabr 2026 - 10:28
İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama DIN
  • Sosial

İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama

User 16 Noyabr 2026 - 10:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.