Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Qubaya kino çəkməyə gedənlərin maşını dərəyə düşdü-

User 27 Avqust 2025 - 14:19 (Last updated: 27 Avqust 2025 - 14:19)
kino qeza
Quba-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı deyilir.

Oxu.Az Bizim.media-ya istinadla xəbər verir ki, qəza nəticəsində “Ford” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda onun sıxılmış vəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər.

Əldə olunan digər məlumata görə, qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Bildirilir ki, sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.

Qəza zamanı avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.

Hadisə ilə bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzPost.az

Post navigation

Previous: Rusiyanın magistral neft kəmərində güclü partlayış olub
Next: MİQ üzrə vakansiya mərhələsinin nəticələri elan edilib

Oxşar xəbərlər

qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44
Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17

xƏBƏR

ronaldo
  • Sosial

Kristiano Ronaldo Portuqaliya yığmasında karyerasını bitirdiyini açıqlayıb

User 05 Noyabr 2026 - 15:21
Kristiano Ronaldo Portuqaliya yığmasında karyerasını başa vurub. Bu barədə Ronaldo özü sosial şəbəkə hesablarında açıqlama yayıb. Ronaldo...
Read more about Kristiano Ronaldo Portuqaliya yığmasında karyerasını bitirdiyini açıqlayıb
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib bolqaristan
  • Sosial

Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib

User 05 Noyabr 2026 - 15:17
Gələn il əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə adambaşına müavinət xərci 1262,07 manata çatacaq pul
  • İqtisadiyyat

Gələn il əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə adambaşına müavinət xərci 1262,07 manata çatacaq

User 05 Noyabr 2026 - 15:15
Bu il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları proqnozu 300 mln. manata yaxın üstələyib pul
  • İqtisadiyyat

Bu il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları proqnozu 300 mln. manata yaxın üstələyib

User 05 Noyabr 2026 - 15:12
Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq” tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.