“Danimarkanın ifrat sağçı partiyasının qurucusu və lideri Rasmus Paludan tərəfindən təşkil edilən “Quran”ın yandırılması aksiyasında Rusiyanın əli ola bilər”.
Azpost.info xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib.
Nazirin sözlərinə görə, araşdırma zamanı danimarkalı siyasətçinin əhatəsində Rusiya ilə müəyyən əlaqələr tapmaq mümkün olub. Haavisto söhbətin hansı əlaqələrdən getdiyini açıqlamayıb.
“İsveçin NATO-ya daxil olmasının qarşısını almaq üçün kimsə bu aksiyaları təşkil etməyə çalışa bilərmi? Sual yaranır ki, bəlkə hansısa üçüncü tərəf, məsələn, Rusiya və ya İsveçin NATO-ya üzvlüyünə qarşı çıxan başqa bir tərəf ocağı alovlandırmağa çalışır? Bu, bağışlanmazdır”, – Finlandiya XİN rəhbəri deyib.
Azpost.info
