“Quraqlıqla mübarizə üçün təcili tədbirlər görülməlidir” –BMT-dən həyəcan siqnalı

“Bəşəriyyət quraqlıqla mübarizə üçün təcili tədbirlər görməlidir”.

Azpost.info xəbər verir ki, “Daily Mail” bunu BMT-nin hesabatına istinadən yazıb.

Hesabatda deyilir ki, müvafiq qərarlar qəbul edilməsə, 2030-cu ilə qədər planetdə 700 milyon insan evlərini tərk etmək məcburiyyətində qalacaq, 2040-cı ilə qədər uşaqların təxminən dörddə biri kəskin su çatışmazlığı olan ərazilərdə yaşayacaq, 2050-ci ilə qədər isə quraqlıq dünya əhalisinin dörddə üçünə təsir edəcək.

BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının icraçı katibi İbrahim Tiau təcili qərarların qəbuluna ehtiyac olduğunu deyib. Son məlumatlara görə, 1998-ci ildən 2017-ci ilə qədər quraqlıqlar təxminən 124 milyard dollarlıq qlobal ziyana səbəb olub.

Azpost.info

Əvvəlki məqalə

“Rəis müavini deyirdi ki, boynuna alsan da, almasan da səni tutduracağıq” –

Sonrakı məqalə

İrəvanda etirazçılar meriya binasına basqın edib –