Qurban Qurbanov “planetin ən yaxşı 500 məşqçisi” siyahısında yer alıb

Dünya məşqçilərinin reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, planetin ən yaxşı 500 mütəxəssisi arasında Azərbaycan bir məşqçi ilə təmsil olunub.

Bu, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur. 50 yaşlı mütəxəssisin aktivində 1592 xal var.

O, dünyanın 223-cü məşqçisidir. Qurbanov Ole-Qunnar Sulşer, Miçel, Raymond Domenek, Eusebio di Françesko, Murat Yakın, Aleksey Mixayliçenko, Ərtoğrul Sağlam, Viktor Qoncarenko, Miodraq Bojoviç, Valeri Karpin, Paulu Souza, Tomas Doll, Filippo İnzaqi kimi tanınmışları arxada qoyub.

Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2194), Yurgen Klopp (2088) və Joze Mourinyo (2065) qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlqar Məmmədov unun bahalaşmasına görə YAP-ı ittiham etdi:

Sonrakı məqalə

ABŞ, Rusiya, Çin, Britaniya və Fransa birgə bəyanat yaydı