“Qurtuluş 93” MTK-nın sahibinin kürəkəni məhkəməyə çıxarılır

“Range Rover”lə 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Elşad Kəlbəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyulun 13-də Novxanı-Sumqayıt yolunda qeydə alınıb. E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı 10 CO 002 nömrəli avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri, Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.
E.Kəlbəliyev hadisədən bir müddət sonra saxlanılıb.
Saxlanılan şəxs “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. Həmçinin E.Kəlbəliyev “Əlincə” futbol klubunun prezidenti olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan sakinləri müharibə barədə nə düşünür? –

Sonrakı məqalə

Komada olan tanınmış jurnalistin anası Mehriban Əliyevaya müraciət etdi