Qusarda hasar uşaqların üstünə uçub-

Ölən və xəsarət alan var
31 May 2020 - 11:56

Qusarda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Cibir kəndində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev və 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən mişar daşı ilə hörülmüş hasar və hasarın tərkib hissəsi olan daş tumbalar, dəmir qapı uşaqların üstünə aşıb.

Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travması alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər. (APA)