Quterreş İrana qarşı sanksiyalara etiraz etdi:"Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir"

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların təşkilatın Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olduğunu bildirib.

Bunu Baş katib illik hesabatını açıqlayarkən bəyan edib.

O bildirib ki, 2015-ci ildə İran ilə Qərb dövlətləri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında müqavilə” və bu müqaviləyə əsasən qarşılıqlı razılaşma nəticəsində hazırlanmış “Hərtərəfli birgə fəaliyyət planı” BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təsdiq edilib. Bu qətnamə İran əleyhinə qəbul edilmiş əvvəlki qətnamələri qüvvədən salıb. Lakin ABŞ müqaviləni tanımamaqla və birtərəfli sanksiyalar tətbiq etməklə qətnaməyə zidd addım atıb.

Baş katib bildirib ki, 12 il davam edən danışıqlar nəticəsində ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Çin, Rusiya və Avropa İttifaqı ilə İran arasında razılıq əldə olunub. Bu, müasir diplomatiyanın böyük qələbəsidir(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bağlanmış ANS-ÇM-in müsabiqəyə çıxarılmış tezliyi dəyişdirilir –

Sonrakı məqalə

Aqrar Sığorta Fonduna 5 milyon ayrılacaq