ABŞ müdafiə naziri Lloyd Ostin Qəzzada atəşkəs sazişinin bağlanmasının vacibliyini vurğulayıb.
Azpost.info xəbər verir ki, o, bu barədə özünün X hesabında yazıb.
“İsrailin müdafiə naziri Qalanta zəng edərək, ABŞ qüvvələrinin yerləşdirilməsində dəyişikliklər barədə məlumat verdim. İsrailin müdafiəsinə qəti dəstəyimizi ifadə etdim. Bölgəyə gələn ABŞ-ın F-22 döyüş təyyarələri təcavüzün qarşısını almaq və bölgədəki İsrail və ABŞ hərbçilərini qorumaq üçün bir çox tədbirlərdən biridir”, – Ostin yazıb.
“Mən həmçinin Qəzzada girovların azad edilməsinə imkan verəcək atəşkəsin əldə edilməsinin vacibliyini vurğuladım”, – o deyib.
Azpost.info