Rəhim Qazıyevə hucumla bağlı cinayət işi başlanıb-

şübhəli şəxs var (DİN)
12 İyun 2020 - 19:58

Sabiq Müdafiə naziri Rəhim Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var.

“Hazırda araşdrımalar davam etdirilir”, – deyə o vurğulayıb.