Rəisi İranın Rusiyaya dron verməsi ilə bağlı ittihamları rədd etdi- AÇIQLAMA

İran prezidenti İbrahim Rəisi Rusiyaya pilotsuz təyyarələrin verilməsi ilə bağlı ittihamları qəti şəkildə rədd edib.

Azpost.info xəbər verir ki, o bunu BMT Baş Assambleyasının iclasında bildirib.

Rəsinin sözlərinə görə, Tehrana kamikadze dronların Moskvaya ötürülməsini təsdiq edəcək heç bir sübut təqdim edilməyib.

Rəisi həmçinin qeyd edib ki, İran-Rusiya münasibətləri bir çox aspektləri əhatə edir: iqtisadi əməkdaşlıq və inkişafdan tutmuş, mədəni mübadilə və tədqiqatlara qədər. Lakin bu qarşılıqlı əlaqələrin hər biri Ukraynadakı müharibədən əvvəl başlayıb.

Azpost.info

Əvvəlki məqalə

Ağdamdakı mövqelərimiz artilleriyadan atəşə tutulur

Sonrakı məqalə

MEDİA jurnalistlərə çağırış edib