Rəsulzadə və Nuru Paşanın birgə rəsmi olan avro çap olundu –

FOTO
20 Noyabr 2019 - 21:20

Üzərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəsmləri olan xatirə pul nişanı (0 avro) çap olunub.

Bununla bağlı deputat Fazil Mustafa sosial şəbəkədə paylaşım edib.

Qeyd olunub ki, xatirə pulu tədavüldə olan gerçək avronun çap olunduğu Fransanın Obertur mətbəəsində çapdan çıxıb. Bildirilir ki, bu işin memarı Türkiyəli iş adamı Özgür Honçadır.