Niderlandın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Azpost.info xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Səfirin XİN-ə Türkiyənin Stokholmdakı səfirliyində “Qurani-Kərim”in yandırılması ilə bağlı çağırıldığı deyilir.
“Biz yanvarın 22-də Niderlandın Haaqa şəhərində anti-islam xadiminin müqəddəs kitabımız olan “Qurani-Kərim”ə qarşı törətdiyi rəzil hücumu qəti şəkildə pisləyirik”, – XİN bildirib.
XİN onu da vurğulayıb ki, aksiya Avropada islamofobiya, ayrı-seçkilik və ksenofobiyanın sərhəd tanımadığını bir daha nümayiş etdirdi.
Türkiyə Xarici İşlər Nazirliyi Niderland rəsmilərindən hadisəni törədən şəxsə qarşı lazımi tədbirlər görməsini və bunun təkrarlanmasının qarşısını almasını gözləyir.
Azpost.info