“Rəzil, iyrənc Polşa zibili…” –Medvedyev dövlət başçısını təhqir edib

Rusiya  Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ötən həftənin sonundan bəri ilk paylaşımını edib və onu Polşaya həsr edib.

Azpost.info bildirir ki,  bu ölkənin prezidenti Anjey Duda Rusiyanı “insanlara hücum edən vəhşi heyvan”la müqayisə edib və Moskva ilə vəhşi heyvana qarşı olduğu kimi davranmağı təklif edib.

Medvedeyev buna qəzəbli münasibət bildirib: “Duda adlı rəzil, iyrənc Polşa zibili. Kimsə belə əclaflarla danışıqlara ümid edir?”

O tarixi xatırladıb və deyib ki, ötən əsr olsaydı  bu məxluqu sadəcə olaraq Qırmızı Meydana gətirərdilər və çarmıxa çəkib edam edərdilər.

Medvedevin teleqram kanalında son paylaşım iyunun 17-də edib. O, ABŞ prezidenti Co Baydeni “çürük kötük” adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

Avropa İttifaqı hərbi müxbir Semyon Peqova sanksiya tətbiq edib –

Sonrakı məqalə

“Elə bildim asan olacaq, amma “PSJ”-yə çox çətin uyğunlaşdım…” –