Rəmiş dəfn edilib

Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş)  dəfn edilib.

O, Qaradağ rayonu “Qurd Qapısı” qəbiristanlığında  torpağa tapşırılıb.

Dəfn mərasimində iştirak edən tanınmış nağara ifaçısı Sadıqcan Zərbəliyev deyib ki, Rəmiş gitara sənətini Azərbaycanda tanıdan və sevdirən şəxs olub: “Rəmiş sözün həqiqi mənasında sənətkar idi. Onunla həm bir çox dövlət tədbirdə, həm Xalq artisti Zeynəb Xanlarovanın konsertlərində iştirak etmişik”.

O, Rafiq Hüseynovun xəstə olduğu vaxtlarda sənətkara göstərilən dəstəyə görə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.

Əməkdar artist Cabir Abdullayev də Rəmişi böyük sənətkar olduğunu bildirib: “Biz həmişə onunla fəxr etmişik. Uşaqlıqda həmişə Rəmişi görmək arzumuz olub.

Çox şükürlər olsun ki, Rəmiş torpaqlarımızın azad edilməsini gördü, onun ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olunduğunu görmək idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ümrə ziyarətinə icazə verilib –

Sonrakı məqalə

Sabahın hava proqnozu