Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad ölkədə rabitə vasitələrinin partladılmasını müharibə cinayəti adlandırıb.
Azpost.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Biz insidenti müharibə cinayəti hesab edirik, çünki partlayış nəticəsində yaralananların əksəriyyəti mülki şəxslərdir”.
“The New York Times” qəzetinin mənbələrinə görə, partlayışların arxasında İsrail dayanır. Livan hökuməti və “Hizbullah” hərəkatı da təxribatda yəhudi dövlətini günahlandıraraq hadisəni təcavüz adlandırıb.
Azpost.info