Ramiz Mehdiyev həbs olunan deputatla bağlı açıqlama yayıb:"Bütün xoşagəlməz hadisələri mənim ayağıma yazmağa cəhd edirlər"

“Eldəniz Səlimovun akademik Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur”.

Bu barədə AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məlumat yayıb.

Məlumatda deyilir ki, millət vəkilinin AMEA prezidentinin dəstəyi ilə deputat mandatı alması haqqındakı fikirlər absurddur: “Görünən odur ki, bəzi maraqlı dairələr gündəmi dəyişmək, sensasiya yaratmaq və diqqəti ölkənin taleyüklü məsələlərindən yayındırmaq üçün cəmiyyətdə baş verən bütün xoşagəlməz hadisələri hər vəchlə AMEA prezidentinin ayağına yazmağa, onunla bağlamağa cəhd göstərirlər. Ancaq belə niyyətlərin baş tutması qeyri-mümkündür. Çünki Azərbaycan ictimaiyyəti kimin kim olduğunu yaxşı bilir”.

“İctimaiyyətin diqqətinə çatdırırıq ki, deputat Eldəniz Səlimovun akademik Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur və bu şəxsin AMEA prezidentinin dəstəyilə deputat mandatı alması haqqındakı fikirlər tamamilə absurddur. Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının xəttilə 2015 və 2020-ci illərdə parlament seçkilərinin nəticələrinə əsasən Azərbaycan Milli Məclisinin deputatı olmuşdur”.

Xatırladaq ki, adıçəkilən sabiq deputatın gündəmə gəldiyi daha bir məsələ onun keçmiş PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toy mərasimində iştirak etməsi ilə bağlıdır. Bildirilirdi ki, E. Səlimovun deputat mandatı qazanmasında AMEA prezidenti R. Mehdiyevin böyük dəstəyi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lənkəranda meşə yanır –

Sonrakı məqalə

“Neftçi” HİK-lə heç-heçə oynayıb –