Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev azadlığa çıxıb –VIDEO

AMEA prezidenti Ramiz Mehdiyevin həbs edilən kürəkəni İlham Əliyev və İlham Əliyevin qudası Rövşən Mustafayev azadlığa çıxıblar.

Hər iki şəxs inzibati qaydada barələrində verilən 15 gün həbs cəzasını başa vurublar.

İ. Əliyev Azərbaycan Prezidentindən, Birfinci vitse-prezidentdən və Azərbaycan xalqından üzr istədiyini deyib, ölkə rəhbərliyindən bağışlanmasını xahiş edib.

Qeyd edək ki, Abşeron rayon Məhkəməsi karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib.

Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.

Video yayım İTV yə məxsusdur.

https://youtu.be/POWJ-jETDUo

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir