Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Rusiyaya zəng vurub dedi ki, “Heydər Əliyevin vəziyyəti ağırdır, mən nə etməliyəm?” –

User 17 Noyabr 2025 - 18:33 (Last updated: 17 Noyabr 2025 - 22:28)
eldar namazov ramiz ehdiyev

1993–1999-cu illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və Prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham olunan akademik Ramiz Mehdiyev barədə danışıb.

AzPost xəbər verir ki, o, “Yeni Azərbaycan” TV-yə müsahibəsində bu barədə bildirib:

“Ramiz Mehdiyevin bir neçə əməlini izləyəndə gördüm ki, bizim dövlətçiliyimizə qarşı böyük təhlükə var. İlk olaraq deyim ki, o, həmişə hakimiyyət uğrunda mübarizə aparıb. Bunu gizlətmək lazım deyil. 2003-cü ildə İlham Əliyev seçkilərə qatılanda Ramiz Mehdiyev böyük təbliğata başlamışdı. Dedizdirirdi ki, İlham Əliyevin təcrübəsi yoxdur, Heydər Əliyev özündən sonra Ramiz Mehdiyevi öz yerində görürdü. Onun adamları belə təbliğatlar aparırdılar. Hətta Prezident Administrasiyasında təbliğat apardıqlarına görə bəzi adamlar cəzalandırıldılar.

Prezidentin tərcüməçisi var idi, o, sonra ölkəni tərk etdi. Bir neçə icra başçısı da bu siyahıda idi. Mən özüm bunu eşitmişdim. Mənim də yanıma gəlib deyirdilər ki, Heydər Əliyev özündən sonra yalnız Ramiz Mehdiyevi hakimiyyətdə görə bilər, İlham Əliyev çox cavandır, sən gərək, buna mane olmayasan. Mən onlara dedim ki, siz hansı ağıla belə şeylər danışırsınız?! Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq, siz də onun fitnəsinə getməyin, axırınız yaxşı olmayacaq. 2013-cü ildə də o, təbliğat aparırdı.

Mehriban xanım birinci vitse-prezident seçiləndə də öz əlaltıları vasitəsi ilə partiyaları buna qarşı qaldırmaq istəyirdi. Deyirdi ki, guya camaat mehriban xanıma etiraz edir. Halbuki bu işlərin arxasında Ramiz Mehdiyev dururdu. Onun hakimiyyət iddiası çox güclü idi və birbaşa Moskva ilə bağlı adam idi. Bunu heç gizlətmirdi də.

1998-ci ildə Heydər Əliyevin səhhətində problemlər yaranan günün səhəri Ramiz Mehdiyev Rusiyanın Təhlükəsizlik Şurasının katibinə zəng edib dedi ki, Heydər Əliyevin vəziyyəti ağırdır, mən nə etməliyəm? Rusiyaya bu qədər bağlı adam idi”.

 

AzPost.az

Post navigation

Previous: Nigeriya millisinin baş məşqçisi rəqibini cadu etməkdə ittiham edib
Next: Rusiya neftinin qiyməti 36 dollara düşüb

Oxşar xəbərlər

edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35

xƏBƏR

ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20
Ermənistan KTMT-nin bütün orqanlarında səsvermə hüququndan məhrum edilib. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun...
Read more about Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb ilham turk sefer
  • Siyasət

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

User 11 Noyabr 2026 - 18:30
Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.