Ramzan Kadırov koronavirus şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilib

Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

RİA Novosti xəbər verir ki, bu barədə tibbi dairələrdəki mənbə bildirib.

Kadırovun köməkçisi Çeçenistan rəhbərinin səhhətilə bağlı açıqlama verməsə də, bildirib ki,  o, koronavirusla bağlı yaradılmış Əməliyyat Qərargahının fəaliyyətinə şəxsən nəzarət edir.

Lenta.ru-nun məlumatına görə isə, bir neçə gün əvvəl Ramzan Kadırovun səhhəti pisləşib və həkimlər onun paytaxt xəstəxanalarının birinə yerləşdirilməsini məsləhət biliblər.

İlkin olaraq, Kadırovun ağ ciyərlərində iltihabın olduğu bildirilib. Onun koronavirusa yoluxduğu ehtimal olunur. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Arzu edirəm yeni nazirin mədəniyyətdən xəbəri olsun” –

Sonrakı məqalə

Bu gün Azərbaycanda 6887 nəfər koronavirus testindən keçib –