Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ramzan Kadırovun yaralanan oğlu təyyarə ilə Moskvaya aparılır

User 17 Yanvar 2026 - 11:09 (Last updated: 17 Yanvar 2026 - 11:09)
kadirov oqlu

Yol-nəqliyyat hadisəsində xəsarət alan Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun vəziyyəti həkimlərdə narahatlıq doğurmur.

Bu barədə Rusiyanın Azadlıq radiosu öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, qəza nəticəsində xəsarət alan Adam Kadırovun Moskvaya aparılması üçün təyyarə uçuşa hazırlanır. Eyni zamanda, Qroznı şəhərində yerləşən respublika xəstəxanasına yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan digər şəxslər də çatdırılıb. Lakin onların sayı və xəsarətlərinin ağırlıq dərəcəsi barədə dəqiq məlumat verilməyib.

Məlumata əsasən, 18 yaşlı Adam Kadırovun olduğu avtomobil kortejin önündə hərəkət edib. Avtomobili Adam Kadırovun özünün idarə etdiyi bildirilir. Mənbə qeyd edib ki, nəqliyyat vasitəsi hərəkət zamanı idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Azadlıq radiosunun “Kavkaz.Realii” redaksiyasına danışan digər mənbənin sözlərinə görə, Adam Kadırovun huşu artıq yerinə gəlib və hazırda həkimlərin müşayiəti ilə Qroznı hava limanındadır. Bildirilib ki, onun vəziyyəti qənaətbəxşdir.

Yenilənmiş məlumatda bildirilib ki, Qroznıdan Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus və “uçan hospital” kimi istifadə olunan An-148-100EM təyyarəsi havaya qalxıb.

Xatırladaq ki, daha əvvəl cümə günü Adam Kadırovun yol-nəqliyyat hadisəsindən sonra Qroznıdakı yeni respublika xəstəxanasına ağır vəziyyətdə çatdırıldığı bildirilmişdi.

AzPost.az

Post navigation

Previous: Dünən borca görə axtarışda olan 100 nəfər saxlanılıb –
Next: Londonda İran səfirliyindən bayrağı endirən şəxs həbs edildi

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.