Ramzan Kadlrov çeçen döyüşçülər arasında itkilərin olduğunu təsdiqləyib

kadirov

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadlrov Ukraynada döyüşən çeçenlər arasında itkilərin olduğunu təsdiqləyib.

Azpost.info bildirir ki, o bu barədə Telegramda yazıb. “Çeçenistan Respublikasından gedənlər arasında artıq itkilər var. İki nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcədə yaralanıb”, – deyə o Kadırov bildirib.

“Bəli, müharibədə öldürürlər. Bu, onların peşə seçimi idi. Və bu adamlar ölkələrin təhlükəsizliyi üçün canlarını verən qəhrəmanlar olmağı seçdilər. Onlara tapşırıq verilmişdi – Ukraynanın mülki əhalisi arasında itkiləri minimuma endirmək. Bunu həyata keçirdilər”, – Çeçenistan lideri yazıb. Kadırov həmçinin Ukrayna vətəndaşlarını öz ölkələrinin ağası olmağa, Avropa təbliğatının tərəfdarları ilə mübarizəyə başlamağa çağırıb: “Yalnız bu yolla biz daha çox insan tələfatının qarşısını ala bilərik”-deyə o yazıb.

Xatırladaq ki, Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko Kiyevdə çeçenlərdən ibarət təhlükəli diversiya qrupunun zərərsizləşdirildiyini bəyan etmişdi. “Ukrayna kəşfiyyatçıları Kiyevdə Təcili Tibbi Yardım maşınında hərəkət edən çeçen diversantlarını zərərsizləşdirib”, – deyə Anton Qeraşenko bildirmişdi.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir