İran “Nüvə sazişi” üzrə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində dördüncü addımı atmağa hazırdır.
Bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.
O bildirib ki, hələlik, Avropa dövlətləri ilə danışıqlar aparılır. Əgər bu danışıqlar nəticəsiz qalsa, o zaman İran növbəti addımını atacaq.
Xatırladaq ki, 2015-ci ildə İran ilə Qərb dövlətləri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması” haqqında sazişə görə, Avropa dövlətləri İran ilə ticarət əlaqələrini davam etdirmək üçün xüsusi mexanizm hazırlamalı idi. Lakin Fransa, Almaniya və Böyük Britaniya nəinki bunu etmədilər, əksinə, bəzi hallarda ABŞ-ın İrana qarşı tətbiq etdiyi ədalətsiz sanksiyaları dəstəklədilər.
ABŞ-ın sazişdən birtərəfli qaydada çıxmasından, Avropa dövlətlərinin isə öhdəliklərini yerinə yetirməmələrindən sonra İran da öz öhdəliklərini azaltmağa başlayıb. Artıq İran ağır su istehsalı və uranın zənginləşdirilməsi işlərinə başlayıb.