Paşinyan tərəfdarlarının izdihamlı mitinqi keçirilir –Baş nazir xalqdan səhvlərinə görə üzr istədi

Ermənistanda baş nazir Paşinyanın iştirakı ilə mitinq keçirilir. 
Azpost.info bildirir ki, aksiyada çıxış edən Paşinyan öz səhvlərinə görə, xalqdan üzr istəyib. O özünün əsas nailiyyəti kimi xalq hakimiyyətini qurduğunu bildirib.
“Söhbət mənim hökumətimdən və məndən gedir. Mən bütün buraxılmış səhvlərimə görə üzr istəyirəm”.
Paşinyan sabiq prezident Serj Sarkisyanı onun istefasını tələb edən hərbçiləri təxribata çəkməkdə ittiham edib.
Respublika meydanına Paşinyanın 30 minə yaxın tərəfdarı toplanıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2010-cu ilə qədər Bakı İslam Universitetinə qəbul olanların diplomu tanınmır –

Sonrakı məqalə

“Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”