REAL Partiyasının yeni sədri seçilib

REAL Partiyası Siyasi Komitəsinin yekdil qərarı ilə Natiq Cəfərli partiyanın sədri seçilib.
Azpost.info bildirir ki, bu barədə partiyanın yaydığı açıqlamada deyilir.
Natiq Cəfərli öz açıqlamasında deyib ki, bu gündən sədr kimi fəaliyyətə başlayır.
Yeni sədr deyib ki, REAL Partiyası ana xəttinə, seçkilərə köklənmiş partiya xəttinə davam edəcək. N.Cəfərli bəzi dəyişikliklər edəcəyini vəd verib.
Partiyada yeni qurumlar yaranacaq, bir çox layihələri yeni ildən start götürəcək.
Parlament partiyası olaraq REAL cəmiyyətin müxtəlif maraq qruplarının təkliflərini qanun layihəsi formatına salaraq Milli Məclisə təqdim edəcək.
Xatırladaq ki, partiyanın sədri İlqar Məmmədov növbədənkənar parlament seçkilərindən sonra istefa verib. O, bəyaantında publik siyasətdən çəklidiyini qeyd edib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.