İspaniyanın “Real” klubunun növbəti mövsüm üçün baş məşqçisi məsələsinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Madrid klubunun rəhbərliyi indiki çalışdırıcı Zinəddin Zidanla bağlı qərar verib.
Paytaxt təmsilçisi fransalı mütəxəssisi vəzifəsində saxlayacaq. İndidən növbəti mövsümün planlarını cızmağa başlayan “Real” rəhbərliyi nəticələrdən asılı olmayaraq baş məşqçisini dəyişməyəcək.
Qeyd edək ki, koronavirus pandemiaysı üzündən mövsümün dayandırılmasına qədər Zidanın durumu ürəkaçan deyildi. Mövsümün titulsuz başa vurulacağı halda onunla yolların ayrılacağı gözlənilirdi. Hətta klub rəhbərliyi Maurisio Poçettinonun namizədliyini də götür-qoy edirdi. Lakin mövsümün dayanması ispaniyalıları indidən qərar verməyə məcbur edib.