“Real”a və “Atletiko”ya keçməyim mümkünsüzdür” –

Messi gələcək planlarından danışdı
28 Dekabr 2020 - 10:04

“Barselona”nın hücumçusu və kapitanı Lionel Messi gələcək planları barədə danışıb.

Bu barədə “La Sexta” məlumat yayıb.

“Mən heç bir klubla danışıqlar aparmıram. Əvvəl də dediyim kimi, mövsümün sonuna qədər heç nə aydın deyil. Sonra nə olacağına baxarıq.

Gələcəyə gəldikdə, “Real”a və ya “Atletiko”ya keçməyəcəyim dəqiqdir, bu, sadəcə, mümkünsüzdür. “Barselona”nı tərk edib-etməyəcəyimi bilmirəm, bu barədə mövsümün sonunda danışarıq.

Ancaq mən karyeramı başa vurduqdan sonra da klubda qalmaq istəyirəm”, – deyə L.Messi bildirib.