“Noyabrın 8-də ABŞ-da keçiriləcək aralıq seçkilərdə respublikaçılar qalib gəlsə belə, Vaşinqton Kiyevə hərbi yardımı davam etdirəcək”.
Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “Politico”ya müsahibəsində bildirib.
Baş katibin sözlərinə görə, seçkinin nəticələrindən asılı olmayaraq, Ukraynaya genişmiqyaslı dəstəyin tərəfdarı olanların əksəriyyəti palatada qalacaq.
Stoltenberq müsahibəsində onu da bildirib ki, ABŞ və Kanadanın Avropada mövcudluğu transatlantik əlaqənin möhkəmliyi və etibarlılığı üçün zəruridir.
Azpost.info