Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Rezidenturaya qəbul üçün ixtisas seçimi başlanıb

Orkhan Ali 08 Avqust 2024 - 10:52 (Last updated: 21 May 2025 - 20:15)
imtahan

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 8-dən 13-dək Mərkəzin müvafiq internet səhifəsinə daxil olaraq ixtisas seçimi edə bilərlər.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

“Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Xatırladaq ki, avqustun 4-də keçirilmiş imtahanda iştirak edən 889 namizəddən 666 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb. Bu məqamda öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Dövlət İmtahan Mərkəzinin saytında istiqamətlər və ballar üzrə histoqramlar təqdim edilib.

Post navigation

Previous: İki il əvvəl Laçında itkin düşmüş hərbçi ilə Gəncədə vida mərasimi keçirilir
Next: Laçında itkin əsgərlərlə bağlı həbs edilən hərbçilər işgəncə və digər cinayətlərdə ittiham olunur

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak...
Read more about Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.