Robert Köçəryan azadlığa buraxılıb

Ermənistanın sabiq prezidenti Robert Köçəryan azadlığa buraxılıb və o, artıq evindədir. 

“News.am”ın məlumatına görə, bunu sabiq prezidentin vəkillərindən biri olan Aram Orbelyan deyib. “İyunun 19-da girov ödənildi və Köçəryan sərbəst buraxıldı”, – deyə vəkil vurğulayıb.

Qeyd edək ki, Ermənistan Apelyasiya Məhkəməsi R. Köçəryanın 2 milyard dram müqabilində azadlığa buraxılması barədə qərar qəbul edib.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Köçəryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında R. Köçəryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Köçəryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı qeydiyyatında olanlar rayondan necə gələcək?

Sonrakı məqalə

Ermənistanda son sutkada 551 nəfər koronavirusa yoluxub-