“Robert Koçaryan həbsxanada oturmalıdır” –Paşinyan

“1 mart 2008-ci il hadisələri ilə bağlı bütün faktlar mövcuddur. “1 mart” işi 100 faiz açılıb”.

“Armenpress”in məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, Ermənistanın hüquq-mühafizə sistemi sabiq prezident Robert Koçaryanı hüquqi məsuliyyətə cəlb etməlidir, Koçaryan həbsxanada oturmalıdır: “Günahkarlar cəzalandırılmalıdır. Bütün faktlar var və 1 mart hadisəsinin Robert Koçaryan tərəfindən təşkil edildiyi aydındır və o, birmənalı şəkildə cavab verməlidir”.

Paşinyanın sözlərinə görə, AİHM-in qərarında açıq şəkildə bildirilir ki, 1 mart 2008-ci ildə baş verənlər dövlət tərəfindən təşkil olunub və buna cavab verilməlidir: “İnsanlar məndən cavab tələb edirlər və insanlarda elə təəssürat yaranır ki, mən pərdəarxası razılaşmalarda iştirak edərək Robert Koçaryana və Qaqik Tsarukyana indulgensiya paylayıram. Mən deyirəm ki, ədalət bərpa olunmalıdır”.

Qeyd edək ki, 19 fevral 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra Ermənistanda kütləvi etirazlar başlayıb. Etirazlara Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan rəhbərlik edib. O və tərəfdarları Serj Sarkisyanın prezident seçildiyi seçkilərin nəticələri ilə razılaşmayıblar. Etirazçılar İrəvanın Azadlıq Meydanında çadırlar quraraq paytaxtın müxtəlif yerlərində yürüşlər və mitinqlər keçiriblər. 1 mart 2008-ci ildə etirazçılarla polis arasında kütləvi iğtişaşlar və toqquşmalar baş verib, nəticədə 10 nəfər ölüb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.