Roma Papası rusiyalı gənclərlə Ukraynadan danışıb

Roma Papası Fransisk Sankt-Peterburqda keçirilən Katolik Gənclərinin 10-cu Ümumrusiya Görüşü çərçivəsində rusiyalı gənclərlə videobağlantı vasitəsilə söhbət aparıb.

Azpost.info xəbər verir ki, gənclər Papaya Ukraynadakı müharibə ilə də bağlı suallar veriblər.

Görüş iştirakçılarından birinin Ukraynadakı hərbi münaqişənin həlli üçün diplomatiyadan necə istifadə edilməli olduğuna dair sualına Fransisk cavab verib ki, diplomatiya münaqişədən daha vacib olan yoldur.

Onun sözlərinə görə, söhbət qarşı tərəfin mövqeyini başa düşməkdən və səhvlərin sayını azaltmaqdan gedir.

“Diplomatiya həmişə qurur, heç vaxt məhv etmir”, – Papa deyib.

Azpost.info

Əvvəlki məqalə

Sankt-Peterburqda Priqojinin adına küçə ola bilər

Sonrakı məqalə

Türkiyənin Milli Müdafiə naziri Bakıya gəlib