Roma Papası Trampa cavab verdi –"Allahın sözünü dinləyəcək!"

Papa XIV Leo tənqidlərə baxmayaraq sülhə çağırış etməyə davam edəcəyini bildirib.

Azpost.info bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

“Kilsənin missiyası “İncil”i təbliğ etmək, sülhü təbliğ etməkdir. Əgər kimsə məni “İncil”i təbliğ etdiyim üçün tənqid etmək istəyirsə, sadəcə ümid edirəm ki, onlar məni Allahın sözlərinin dəyəri səbəbindən dinləyəcəklər”, – deyə Papa bildirib.

Daha əvvəl Tramp mühafizəkar radio tok-şousunun aparıcısı Hyu Hevitə bildirib ki, Papa bir çox katolikləri və bir çox insanı təhlükəyə atır. Çünki o, “İranın nüvə silahına sahib olmasının normal olduğunu düşünür”.

Papa İranın nüvə silahı inkişaf etdirməsini dəstəklədiyini bildirməyib.

Daha əvvəl İtaliyanın xarici işlər naziri Antoni Tajani də ABŞ prezidentinin ittihamlarına cavab olaraq onların qəbuledilməz olduğunu və sülh işinə töhfə vermədiyini bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.