Qriqorçuk “Neftçi” azarkeşlərinə təşəkkür edib- İstefa barədə danışmaq istəməyib

İki gün öncə “Neftçi” ilə yollarını ayıran Roman Qriqorçuk paytaxt təmsilçisinin azarkeşlərinə təşəkkür edib.

Ukraynalı mütəxəssis açıqlamasında klubda çalışdığı insanlara minnətdarılığını bildirib.

Amma 59 yaşlı çalışdırıcı komandadan gedişi barədə hələlik danışmaq istəmədiyini söyləyib.

Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. “Ağ-qaralar” onun rəhbərliyi altında Misli Premyer Liqasında meydana çıxdığı 9 oyunun heç birində qələbə qazana bilməyib. Komanda hazırda 5 xalla 9-cu pillədə qərarlaşıb(azərtac).

Əvvəlki məqalə

Dövlət Vergi Xidmətindən büdcəyə daxilolmalar 12 milyard manatı ötüb

Sonrakı məqalə

Kimya üzrə “Nobel” mükafatı laureatları məlum olub