Ronaldo Azərbaycan millisi ilə matçda rekorda imza atıb

Kriştiano Ronaldo Azərbaycan yığması ilə oyunda rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Portuqaliya millisində ən uzunmüddətli karyeraya malik futbolçu adına yiyələnib.

Belə ki, millidə 171-ci matçını keçirən Ronaldo debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb. Onun 2003-cü il avqustun 20-dəki ilk yığma matçından 17 il 7 ay 2 gün keçib.

Bununla da Ronaldo Vitor Damasın rekordunu keçib. Onun Portuqaliya millisindəki ilk və son oyunları arasında 6305 gün, yəni 17 il 3 ay 5 gün müddət olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Goranboyda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Sonrakı məqalə

Neft qiymətləri ucuzlaşır